Gənclər Təmiz Şəhər ASC- yə tanışlıq səfəri ediblər FOTOLAR

Gənclər Təmiz Şəhər ASC- yə tanışlıq səfəri ediblər FOTOLAR

Gənclər üçün Təhsil Mərkəzinin ekoloji işçı qrupunun könüllüləri "Sənaye ili" çərçivəsində bu gün Təmiz Şəhər ASC-nin tullantıların çeşidlənməsi və tullantıların yandırılması müəssisələrinin iş prosesi ilə əyani tanış olmaq üçün zavoda tanışlıq səfəri təşkil edib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, məlumat turu zamanı tələbələr tullantıların zərərsizləşdirilməsi və çeşidlənməsi prosesini izləyib, ekspertlər tərəfindən tullantıların çeşidlənməsi haqqında geniş praktiki biliklər əldə ediblər.

Qeyd edək ki, Mərkəz tərəfindən təşkil olunan görüş gənclərdə ekoloji mədəniyyətin inkişafı, o cümlədən ətraf mühitin mühafizəsi sahəsinə gənc mütəxəssisləri cəlb etmək məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə