Azərbaycanın energetika naziri Natiq Əliyev dekabrın 18-20-də Albaniyada rəsmi səfərdə olacaq. SİA-nın xəbərinə görə, Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Natiq Əliyev Albaniyanın energetika və sənaye naziri Damian Qjiknuri ilə görüşəcək. Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilməsi planlaşdırılan Trans-Adriatik qaz kəməri layihəsi (TAP), eləcə də Albaniya daxilində mövcud qaz bazarının inkişaf potensialı barədə fikir mübadiləsinin aparılması planlaşdırılır. Hər iki ölkə nazirinin mətbuat üçün birgə brifinqi də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB