"Azərbaycan Beynəlxalq Bankı" (ABB) "ELkart" kredit (taksit) kartını istifadəyə verib. SİA-nın məlumatına görə, ABB-nin baş direktoru Elmir Həbibullayev kartın təqdimat mərasimində çıxışı zamanı deyib ki, "ELkart" sahibləri satış nöqtələrində mal və xidmətlərin dəyərini hissə-hissə ödəmək, kartda olan vəsaiti xüsusi günlərdə nağdlaşdırmaq və ABB-nin yeni məhsulunun malik olduğu bir sıra fərqli imkanlardan istifadə edə biləcəklər. Onun sözlərinə görə, taksit kartı "VİSA Classic" və "Mastercard Standart" tipli kartların bazasında hazırlanıb və "VİSA Pay Wave" və "Mastercard Paypass" xidmətləri ilə təmin edilib. Bankın partnyorlar şəbəkəsində quraşdırılmış POS-terminallar da kontaktsız kartların qəbulu üzrə proqramlaşdırılıb.
Kart öz sahiblərinə bankın geniş partnyorlar şəbəkəsində məhsul və xidmətlərin dəyərini hər növbəti ayın 10-a qədər hissə-hissə ödəmək imkanı verir. "ELkart" respublikadan kənarda fəaliyyət göstərən ticarət müəssisələrində də keçərlidir, bu zaman məbləğ hissələrə bölünmür və müştəriyə güzəşt müddəti verilmir. E. Həbibullayev kartla bağlı belə deyib: "Taksit kartı buraxılanadək artıq 6 min ədədlik sifariş almışdıq. Bundan başqa, yaxın zamanda 30 min kartın buraxılması nəzərdə tutulub. Qısa müddətdə bu rəqəmin 100 minə çatacağına inanıram".
Qeyd edək ki, ABB bu gün "ELkart" layihəsi çərçivəsində Bakı və regionlarda müxtəlif sahələrdə hər növ əhali seqmentinə xidmət göstərən 1000-ə yaxın ticarət müəssisəsi ilə əməkdaşlıq edir. Bu ticarət müəssisələrinin sayı davamlı olaraq artmaqdadır. "ELkart" taksit kartının rəsmi internet səhifəsi olan "elcard.az" bu gündən etibarən istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB