YAP Qadınlar Şurası sosial şəbəkələri müzakirə etdi

YAP Qadınlar Şurası sosial şəbəkələri müzakirə etdi

Bu gün Bakının 132 nömrəli orta məktəbində Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının "İnformasiya cəmiyyəti: Sosial şəbəkələr və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, professor – müəllimlər və jurnalistlər iştirak edib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Sara Xanlarova açıb. O, Azərbaycanın müasir cəmiyyətinin inkişafında internetin önəmindən bəhs edib. Bundan başqa, internetin cəmiyyətdə törətdiyi təhlükələrdən danışaraq, yeniyetmə və gənclərin internetin istifadəsində ehtiyatlı addım atmalarının lazım olduğunu vurğulayıb. Daha sonra məktəbin tələbələri musiqi nömrələri nümayiş etdirib.

Söz Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyevaya söz verilib. O, çıxışında Məktəbin Azərbaycan ictimaiyyətində tutduğun yerdən danışıb. Valideyn və uşaqların arasında internetin düzgün istifadəsi ilə əlaqədar mütaliə olunmasının vacib olduğunu vurğulayıb: "Tədbirin mövzusu günümüzdə çox aktualdır. Hesab edirəm ki, valideynlərlə uşaqlar arasında mövzu ilə əlaqədar müzakirələr aparılmalıdır. Sosial şəbəkələr dünyamızı dəyişib, rəngləndirib. Komputer və internet və sosial mediadan düzgün istifadə olunmalıdır. İnternetin mahiyyəti günümüzdə artıq dəyişib, gənclərimizin internetdən yalnış istifadəsinin qarşısı alınmalıdır".

Daha sonra çıxış edən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycanın internetin inkişafına verdiyi dəstəyindən danışıb. İnternetin inkişafına baxmayaraq, ailə dəyərləri və ənənələrin davam etdirilməsinin vacib olduğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə