Bu gün Nərimanov rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi" birliyin 1 illik fəliyyətinə həsr olunan "1 il sizinlə" adlı yubiley tədbiri keçirib. SİA-nın məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyli, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan təşkilatın baş katibi Ağamir Ağamirov birliyin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə hesabat məruzəsi ilə çıxış edib.
Qeyd edib ki, birlik Qarabağ problemi həqiqətlərinin dünyaya tanıdılması, gənclərin fiziki inkişafı ilə bağlı bir sıra əhəmiyyətli layihələrin icrasına nail olub.
Daha sonra birliyin 1 illik fəaliyyətinə həsr olunan video çarx nümayiş etdirilib.
Çıxış edən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev birliyin Qarabağ həqiqətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətinə diqqət çəkib.
Daha sonra çıxış edən AGF-nin sektor müdiri Vaqif Seyidbəyli təşkilatın həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb, yeni layihənin icrasında uğurlar arzulayıb.
Birliyi 1 illik fəaliyyəti münasibəti ilə təbrik edən ATGTİ-nin sədri Şahin İsmayılov təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda bir sıra gənclər təşkilatının rəhbərləri çıxış edərək birliyin uğurlu fəaliyyətindən söhbət açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB