Sürücülərə şad xəbər! yol açılır

Sürücülərə şad xəbər! yol açılır

Bakının Ziya Bünyadov prospekti (keçmiş Dərnəgül) yaxın günlərdə tam istismara veriləcək. SİA-nın xəbərinə görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin verdiyi məlumata görə, prospektdəki əsas yolda nəqliyyatın hərəkəti tam bərpa olunub.

"Hazırda istər 20 Yanvar dairəsindən, istərsə də "Qələbə" kinoteatrının qarşısındakı dairədən Böyük Şor yol qovşağı istiqamətində və əks tərəfə nəqliyyatın normal, fasiləsiz hərəkəti təmin olunub. Köməkçi yollarda isə son tamamlama işləri aparılır. Əsas yolda yolun xətlənməsi, yol nişanlarının və lövhələrin quraşdırılması başa çatdırılıb. Yalnız bəzi yerlərdə köməkçi hissələrdə xətlənmə işləri aparılmalıdır. Yaxın günlərdə həmin işlər də bitəndən sonra prospekt tamamilə istismara veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə