Cəlilabad rayonu Ocaqlı kəndində bıçaqlanma hadisəsi baş verib. SİA-ya daxil olan informasiyaya görə, Ocaqlı kənd sakini Nicat Əsədov həmkəndlisi 1965-ci il təvəllüdlü İlham Abdullayevə ağır bıçaq xəsarətləri yetirib. Xəstəxanaya yerləşdirilən İ.Abdullayevin həyatını həkimlər xilas edə biliblər.
Hadisə şahidlərinin verdiyi məlumata görə, N.Əsədov İ.Abdullayevi hər kəsin gözü qabağında bıçaqlayıb. Hətta İ.Abdullayevin ürək nahiyəsinə bıçaqla ölümcül xəsarət yetirən N.Əsədov zərərçəkmişin xəstəxanaya aparılmasına mane olaraq, təcili tibbi yardım stansiyasına məxsus maşının qarşısını kəsmiş və İ.Abdullayevin xəstəxanaya aparılmasına əngəl törədib.
Əldə etdiyimiz başqa bir informasiyaya görə, N.Əsədov xuliqanlıq hərəkətlərinə və başqalarının sağlamlığına zərər vurduğuna görə, vətəndaşlar tərəfindən dəfələrlə hüquq-mühafizə orqanlarına şikayətlər olunub. Sonuncu dəfə isə onu haqqında isə islah işləri ilə bağlı qərar ççıxarılıb.
Maraqlıdır ki, İ.Abdullayevə ölümcül bıçaq xəsarətləri yetirən N.əsədov hələ də həbs edilməyib, azadlıqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB