Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, diametri 315 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin zədələnməsi ilə əlaqədar bu gün işlər başa çatanadək Binəqədi rayonun bir hissəsinə, həmçinin yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi məqsədi ilə saat 18:00-dək Sabunçu rayonunun bir hissəsinə, işlər başa çatanadək isə Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB