"14 dekabr" əməliyyatının bir nömrəli şübhəlisi olaraq gözlər hazırda Pensilvaniyada yaşayan Fətullah Gülənə çevrilib. Türkiyə mətbuatında yer alan məlumatlara görə, Türkiyə Baş Prokuroroluğunun Gülən haqda hazırladığı məxfi dosya artıq Ədliyyə Nazirliyinə təqdim olunub.
Hələliksə, 14 dekabrda həbs olunanların dindirilməsi davam edir. İstanbul Ədalət sarayında əməliyyatda saxlanan, eləcə də prosesdə şübhəli bilinən şəxslər gün ərzində sorgu-sual olunur. İstintaq dindirilməsində saxlanılanlara verilən əsas sual isə budur - Siz Fətullah Güləndən hər hansı bir təlimat aldınızmı?.
Xatırladaq ki, iki gün əvvəl keçirilən əməliyyatda Fətullah Gülənin mətbu orqanı hesab edilən "Zaman" qəzetinin baş direktoru, "Samanyolu" televiziyasının bir neçə əməkdaşı və polis rəisləri də daxil olmaqla 37 nəfər saxlanıb. Onlar "pararlel hökumət" formalaşdırmaqda ittiham olunur.
Türkiyədə bir anda polisin "paralel dövlət"lə bağlı apardığı əməliyyat beynəlxalq təşkilatlar, xüsusən də Avropa Birliyi və Avropa Parlamenti tərəfindən ciddi tənqid edilir.
Avropa Parlamenti Türkiyədəki vəziyyəti təcili müzakirəyə çıxarmağa qərar verib. Bu tənqidləri isə Türkiyədə birmənalı qarşılamırlar və bunun insan haqları ilə deyil Qərbin maraqları ilə bağlılığı önə çəkilir.
Belə ki, Avropadan "Türkiyədə media azadlığı və insan hüquqları pozulur" tipli bəyanatlar Ankara ilə Rusiya arasında siyasi və iqtisadi yaxınlaşma baş verəndən sonra daha da güclənib.
Türkiyədə hökumət birmənalı olaraq Qərbi ikili standartlarda günahlandırır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bunların demokratiya ilə heç bir əlaqəsi yoxdur: "Dünyada da demokratiyanın müdafiə edənlərin, bunlara sahib çıxmaq amacı ilə nə qədər anti-demokrat olduqları ortaya çıxır. Ferquson hadisələri, Arizaonadakı olaylar".
Rəsmi Ankara bu tənqidlərə rəğmən müasir Türkiyə üçün təhlükə hesab etdiyi "paralel dövlət" problemini birdəfəlik həll etməyə qətiyyətli görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB