Ekologiya və təbii sərvətlər naziri Ağdaşda vətəndaşları qəbul edəcək
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 26-sı saat 10:00-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhəri sakinlərinin şikayət və təklifləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-in 168 saylı "Qaynar xətt"i, həmçinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (telefonlar: 050-674-53-42, 050-612-54-00, 020-23-5-51-10) ilə əlaqə saxlamaları xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB