Bu gün Yevlax rayonun Havarlı kəndində seçicilərlə namizədlərin növbəti görüşü keçirilib. Görüşdə YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev və YAP Yevlax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeni azərbaycan Partiyasının Bələdiyyə seçkilərində Səlahiyyətli nümayəndəsi Əminə Əhmədova geniş nitq söyləyərək bildirdilər ki, Bələdiyyə üzvüləri xalq tərəfindən seçildiyinə görə bu qrumun fəaliyyətində də yerli əhali yaxından iştirak etməlidir: "Gələcəkdə hər hansı bir çətinliyin yaranmaması üçün bu gün özünün laiq bildiyi namizədi dəstəkləməlidir. 23 dekabr Bələdiyyə seçkilərinin ölkəmizin həyatı üçün nə qədər vacib və əhəmiyyətli olduğunu bir daha diqqət nəzərinə gətirdi. Mən hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu seçkilərdə iştirak etməyi özünə borc bilməlidir. Heç bir nöqsansız şəfaf şəraitdə seçkinin keçirilməsini təmin etməklə biz öz seçki mədəniyyətimizi dünya ölkələrinə bir daha göstərməliyik. Əminəm ki, Havarlı kənd camaatı da dövlətə dövlətçiliyə sədaqətli saki Son İllər möhtərəm cənab Prezidentimiz apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin bütün sahələrində olduğu kimi Bələdiyyə sektoru da sürətlə inkişaf edir. Xalq tərəfindən seçilən insanların fəaliyyətini bu sahədə həm dövlətimiz həm də vətəndaşlarımız dəstəkləyir onlara bu yolda yaxından köməklik göstərirlər.nlər olaraq bu tədbirin həyata keçirilməsində laiqincə iştirak edəcəklər".
Sonda çıxış edən kənd sakinləri Yeni Azərbaycan Partiyasının, onun sədri Cənab İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəklədiklərini və hamılıqla , Rifah və Quruculuq naminə seçkilərdə iştirak edəcəklərini bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB