15 dekabr 2014-cü il tarixində Lənkəran şəhəri "Şah" şadlıq sarayında 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar namizədliyi irəli sürülmüş gənc YAP üzvləri və gənc seçicilərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq YAP Lənkəran şəhər təşkilatının 23 dekabr 2014-cü ildə keçiriləcək Bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar YAP Lənkəran şəhər qərərgahının gördüyü işlərdən danışıb.
Bildirib ki, 23dekabr 2014-cü il tarixində keçiriləcək Bələdiyyə seçkilərinə şəhər təşkilatı 34 bələdiyyə üzrə 344 namizədini irəli sürüb: "Sevindirici haldır ki, namizədlərin 35 faizindən çoxunu gənclər təmsil edir. YAP Mərkəzi aparatının təqvim planına uyğun olaraq təbliğat və təşviqat işinin ikinci mərhələsindəyik. Şəhər qərargahının təbliğat briqadası rayon ərazisində öz işini davam etdirir. Bildirirəm ki, partiyanın irəli sürdüyü namizədlər ən layiqli və fəal partiya üzvləridir. Seçicilərimizin etimadını qazanmış insanlardırlar. Heç şübhəsiz ki, lənkəranlılar seçki günü bir nəfər kimi seçki məntəqələrinə gələrək öz səslərini YAP-ın layiqli üzvlərinə verəcəklər.
Tədbirdə iştirak edən YAP Siyasi Şurasının üzvü, millət vəkili, MM-in Sosial Siyasət Komissiyasının sədri, siyasi elmlər doktoru, professor, Haı Rəcəbli çıxış edərək seçiciləri salamlayıb. O,respublikamızda gedən uğurlu iqtisadi siyasətdən, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyətindən, Azərbaycan dövlətinin bələdiyyələrə maliyyə yardımından, bələdiyyə seçkilərinin tarixindən, bu qurumun respublikamızda fəaliyyətindən ətraflı şəkildə seçicilərə məlumat verib. Əmin olduğunu bildirib ki, 23 dekabrda lənkəranlılar bir nəfər kimi seçki məntəqələrinə gələrək, xalqın ən layiqli övladlarına səs verəcəklər.
Tədbirdə iştirak edən "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək seçiciləri salamlayıb. O, Lənkəran seçicilərinin seçki fəallığından, dövlətçiliyə, sabitliyə, əmin-amanlığa, ikişafa və quruculuğa səs verəcəklərinə əmin olduğunu vurğulayıb. Natiq bildirib ki, lənkəranlılar həmişə olduğu kimi seçki fəallığı ilə seçiləcək, partiyanın irəli sürdüyü namizədlərin qələbə çalmasından ötrü səy və bacaracaqlarını əsirgəməyəcəklər.
Tədbirdə YAP Mərkəzi aparatının məsul işçisi Məcid Əhmədov iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB