“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişiklik edilib
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilib. SİA xəbər verir ki, dəyişikliklərə görə, fərdi yaşayış evinin tikilməsi üçün bələdiyyələrdən torpaq sahəsi əldə edən şəxslər həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməzlər.
Qanuna əlavə edilən təklif olunan 9.8-ci maddədə qeyd olunur ki, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.
Qeyd edək ki, dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB