Avtobuslarda sürət həddini müəyyən edən xüsusi cihazların quraşdırılması təklif edildi
Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanuna bəzi dəyişikliklər edilib. SİA-nın məlumatına görə, qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev sərnişin avtobuslarında sürət həddini müəyyən edən xüsusi cihazların quraşdırılmasını təklif edib.
Onun sözlərinə görə, başqa ölkələrdə avtobuslarda sürət həddinə nəzarət edən cihazlar var: " Hansı ki, sücürü sürət həddini aşdıqda bu cihazlar qısa xəbərdarlıqdan sonra avtomobilin mühərrikini dayandırır. Hesab edirəm ki, Azərbaycanda da sərnişin avtobuslarında belə xüsusi cihazların quraşdırılmasına ehtiyac var".
Q.Həsənquliyev həmçinin bildirib ki, bir sıra ölkələrdə sərnişin avtobuslarının sürücünün hər birinin kartı var və bu kartla sürücü 8 saatdan artıq işləyə bilməz: "Azərbaycanda da bu cür qaydaların tətbiq edilməsi vacibdir. Azərbaycanda sərnişin avtobuslarının sürücüləri 8 saatdan çox işləyir ki, bu da onların yorulmasına və sərnişinlərin həyatlarını təhlükə altında qoymasına səbəb olur".
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov Q.Həsənquliyevin qaldırdığı məsələyə münasibət bildirərkən deyib ki, həqiqətən Qərb ölkələrinin əksəriyyətində rəqəmsal topoqraflar qurulur və bu, nəqliyyat vasitəsinin hərəkətinə nəzarət edir: "Artıq Nəqliyyat Nazirliyində avtobus və sərnişindaşımada topoqrafların tətbiqi ilə bağlı işlər görülür. DİN və Nəqliyyat Nazirliyi birgə iş aparır".
"Bununla belə avtobus sürücülərinin 8 saatdan çox işləməsi ilə bağlı da müzakirələr aparılır. Nəqliyyat Nazirliyi tərəfindən müvafiq işlər görülür. Yaxın vaxtlarda sərnişin daşıma ilə bağlı köklü surətdə dəyişikliklər aparılacaq", - deyə R.Hüseynov bildirib.
Qeyd edək ki, qanunun 83-cü maddəsində edilən dəyişikliyə görə yollarda hərəkət təhlükəsizliyin in təmin edilməsinə nəzarət Azərbatcan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda. Eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları əlehinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB