Bu gün Azərbaycan Dillər Universitetində universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Dunçji" ("Qışın zirvəsi") Çin bayramına həsr olunmuş tədbir keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Ay-günəş təqvimin ən mühüm dövrlərindən biri kimi "Dunçji" bayramının xüsusi fəlsəfəsi haqqında danışaraq bayramın böyük tarixi və mədəni əhəmiyyətini qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi əməkdaşı Abbasəli Rüstəmov qış gündönümünün astronomik fenomen kimi mövsümi əhəmiyyətindən danışıb.
ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin müəllim və tələbələri mənşəyi in və yan balanslaşmasının mənşəyinə söykənən "Dunçji" bayramının qeyd olunma adət-ənənələri, Pekinin Səma Məbədində əcdadlara ibadət olunması ilə bağlı əfsanə və mərasimlər, Çin Təqviminə əsasən qışın ayrı-ayrı mövsümləri haqqında məruzə ilə çıxış etdilər. "Dunçji"nin uzunömürlülük, qış və gözəllik rəmzlərinə həsr olunmuş qədim Çin şairlərinin şeirləri oxundu, Çin milli musiqisi ifa edilib.
Tədbir çərçivəsində 81 ləçəklərdən ibarət ən yaxşı "Meyxua" rəsm müsabiqəsi keçirilib.
Sonda qonaqlar bütöv ailənin rəmzi olan düyü topası ilə hazırlanan şirin bayram şorbası – "Tanyuan"ın və Xan sülaləsindən olan tanınmış həkim Çjan Çjuanzsin ənənəvi pelmenlərinin dadına baxıblar.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB