İcra başçısı məcburi köçkünlərlə görüşdü

İcra başçısı məcburi köçkünlərlə görüşdü

Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyev Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, görüşdə Kələbəcər rayon İcra Aparatının rəhbəri Aqil Məmmədovda iştirak edib. Görüşdə bir sıra məsəllər ətrafında fikir mübadiləsi aparılıb, səslənən sosial xarakterli müraciət və təkliflərin icrasına da başlanılıb.

Bildirilib ki,bu gün ən önəmli məsəllərdən biri evlərin sənədlərinin qeydiyyata alınmasıdır ki, bu istiqamətdə də şəffaflıq bir mənalı şəkildə təmin olunacaq.

"Qeydiyyat aparılır, artıq siyahı tutulub. Ümumi siyahı hazırlanıb başa çatdırılandan sonra tarif şurasının qərarı ilə müəyyənləşən qiymətlərə uyğun olaraq səyyar qəbullarda açıq hamının gözü qarşısında ödəyəcək"- deyə, Elmar Vəliyev qeyd edib.

Qəbulda həmçinin qəsəbədə infrastrukturun yaxşılaşdırılması istiqamətində təkliflər səsləndirilib. Kəlbəcərlilər yol, enerji təchizatı, su, məşğulluq, nəqliyyat və digər sahələrlə bağlı müraciət ediblər. Səslənən müraciət və təkliflərlə bağlı konkret tapşırıqlar verilib. Yeri gəlmişkən bildirək ki, Gəncənin Gülüstan qəsəbəsindən kəlbəcərlilərin müvəqqəti məskunlaşdıqları Faiq Bağırov küçəsinin təmirinə start verilib. Təmir işlərinə 10-dan artıq avtomobil və texnika cəlb olunub. Burada yol genişləndirilir, səkilər qurulur, küçələrə balans verilir. Qəsəbədə yeni kanalizasiya xətlərinin çəkilişi də aparılır. Bundan başqa qısa müddətdə işıq, qaz rabitə xətləri yenilənəcək və yeraltına salınacaq. Məcburi köçkünlərə xidmət etmək üçün yeni tibb məntəqəsi yaradılacaq. Eyni zamanda digər küçələrində təmir olunması nəzərdə tutulur.

Qeyd edək ki, təmir işləri may ayına qədər başa çatdırılacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə