Muzdla çalışan işçilərin əmək haqqı artırılıb STATİSTİKA

Muzdla çalışan işçilərin əmək haqqı artırılıb STATİSTİKA

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5% artaraq 441,8 manat təşkil edib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əmək haqqı neft sektorunda 1 756,5 manat, qeyri-neft sektorunda 408,7 manat, dövlət bölməsində 355,9 manat, özəl bölmədə 567,3 manat təşkil edib.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub. Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 262,0 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 311,5 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə