Bu gün Bakının iki rayonunda içməli su fasilələrlə veriləcək. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, Bakı şəhəri Salatın Əsgərova küçəsində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 16-da gün ərzində Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Bülbül və Xətai prospektləri, S. Əsgərova, S. Vurğun, A. Qurbanov, C. Məmmədquluzadə, S. Rəhimov, Topçubaşov, R. Rza, Mərdanov qardaşları küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB