Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyəti bu gün peşə bayramı münasibəti ilə Fəxri Xiyabanda olublar. SİA-nın xəbərinə görə, FHN əməkdaşları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Onlar həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anıblar. Akademikin məzarı üzərinə güllər düzüblər.
Sonra Şəhidlər Xiyabanını ziyarət edən nazirliyin şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anıb, onların məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB