Hyustonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Hyustonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Bu gün ABŞ-ın Texas ştatının Hyuston şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təntənəli surətdə qeyd olunub. Hyustonda fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Alyansı tərəfindən təşkil edilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan icmasının gənc üzvləri doğma Vətənlə bağlı şeir və mahnılar, habelə səhnəciklər ifa ediblər.

Bundan əlavə, təşkilat üzvləri qonaqlara Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi haqqında məlumat veriblər. Azərbaycan Amerika Mədəniyyət Alyansının rəhbəri İsmayıl Əhmədov qeyd edib ki, bu bayramın Hyustonda yaşayan azərbaycanlılar tərəfindən qürurla keçirilməsi xalqımızın yüksək həmrəylik potensialına malik olmasından xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə