Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən Ümummilli Liderimizin vəfatının ildönümü ilə bağlı xatirə tədbiri keçirilib. SİA-nın səfirliyin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, səfirliyin əməkdaşları, tanınmış ictimai siyasi xadimlər, elm və incəsənət adamları, tələbə və müəllim kollektivi, Ankaradakı Heydər Əliyev məktəbinin şaqirdləri, ictimaiyyət, diaspor və KİV nümayəndələrinin iştirakı ilə Ümummilli Liderimizin vəfatının 11-ci ildönümü ilə bağlı Ankaranın Yenimahalle səmtində yerləşən Heydər Əliyev parkında keçirilən xatirə tədbirində, ilk olaraq Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə əkillər qoyulub və Onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Faiq Bağırov Ümummilli Liderimizin Azərbaycan xalqına və dünya siyasətinə misilsiz xidmətlərindən əsaslar gətirərək, Onun Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin həyatında, xalqın taleyində oynadığı əzəmətli rol Azərbaycan xalqının yaddaşından silinməyəcəyini, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verdiyini, vətən və xalq qarşısındaki ən böyük xidməti müstəqil Azərbaycanın qurulması olduğunu və Azərbaycançılıq ideologiyasının yaradıcısı kimi ən böyük amalı güclü Azərbaycan dövlətini qurmaq və yaşatmaq olduğundan söz açıb.
Daha sonra tələbələr, kursantlar, polis akademiyası tələbələrinin hər birinin nümayəndələri, Ankaradakı Heydər Əliyev Məktəbinin direktoru Necattin Şengezer və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvar Ümummilli Liderimiz haqqında öz ürək sözlərini dilə gətiriblər və daha sonra diaspor adından Professor Rahilə Şükürova çıxış edib. Tədbir, Osmangazi Universitetinin doktorantı Qoşqar Məhərrəmov tərəfindən Xalq şairi Zəlimxan Yaqubun Ümummilli Liderimizə həsr etdiyi şeri səsləndirilməsi ilə başa çatıb.
Eyni zamanda, tədbir günü Səfirliyin müraciəti əsasında Türkiyə Respublikası Diyanət İşləri Başqanlığı vasitəsilə Ankaranın bütün camilərində cümə namazı öncəsi Ümummilli Liderimizin ruhuna xütbələr oxunub, parkın yerləşdiyi səmtdə olan İrşad Sami camisində cümə namazının ardından mövlüd şəkəri paylanılıb.
Qeyd olunmalıdır ki, cari ilin 12 dekabr tarixində Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə bağlı Türkiyənin nüfuzlu Türkiye, Yeniçağ və Hurriyet Daily News qəzetlərində Səfir Faiq Bağırovun müfəssəl məqalələri dərc olunub. Məqalələrdə, Ümummilli Liderimizin Sovet İttifaqı dövründə və 1993 ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra xalqımıza əvəzsiz xidmətlərindən, dövlətçiliyimizin quruluşundakı əhəmiyyətli rolundan, ölkəmizdə iqtisadi-sosial inkişafın təməllərinin atılmasındakı inkaredilməz fəaliyyətlərindən və dövlətimizin beynəlxalq aləmə inteqrasiyasındakı rasional strategiyasından əsaslar gətirilərək bəhs olunur. Məqalələrdə həmçinin, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq əlaqələri üzərinə qurulduğundan və Ümummilli Liderimizin bu sahədə də əvəzsiz rolundan danışılır. Buna əlavə olaraq eyni tarixdə TRT Avaz kanalında Ümummilli Liderimizin əziz xatirəsinə həsr olunmuş Yenigün proqramı (08:00-10:15) və keçirilən xatirə tədbiri zamanı Səfir Faiq Bağırovun müsahibəsi (15:00, 19:00) efrdə olub.
Yeniçağ və Hurriyet Daily News qəzetlərində dərc olunmuş məqalələrin linkleri aşağıda diqqətinizə çatdırılır:
http://www.yenicaggazetesi.com.tr/konuk-kalem-faig-bagirov-106657h.htm
http://www.hurriyetdailynews.com/Default.aspx?pageID=238&nID=75514&NewsCatID=396
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB