“Sərsəng SOS: Humanitar Böhran Təhdidi” adlı kitabın təqdimatı keçirilib”

“Sərsəng SOS: Humanitar Böhran Təhdidi” adlı kitabın təqdimatı keçirilib”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Sərsəng harayı" layihəsi çərçivəsində hazırladığı növbəti 3 dildə (Azərbaycan, İngilis, Fransız) olan –"Sərsəng SOS: Humanitar Böhran Təhdidi" adlı kitabın təqdimat mərasimi keçirilib.

SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyov açaraq qeyd edib ki, işğal olunmuş ərazilərdə aparılan araşdırmalar əsasında, real faktlara söykənərək demək olar ki, Sərsəng su anbarının ekoloji problemləri bölgə əhalisinin sağlamlığına, əmlakına zərər vurur: " Sərsəng su anbarının işğal olunması nəticəsində Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlar ekoloji təhlükə qarşısında qalmaqdadır. Bu ərazi 20 ildən artıqdır Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olduğundan cəbhəyanı rayonlarda yaşayan əhali Sərsəng su anbarından istifadə etmək hüququndan məhrum edilmişdir".

Tədbirdə çıxış edən ekspertlər də bölgədə baş qaldıran ekoloji böhranla bağlı fikirlərini dilə gətiriblər. Təqdim olunan kitabda məhz bu ekoloji böhranla bağlı adı çəkilən ərazilərdə aparılan araşdırmaların nəticələri öz əksin tapıb. Kitabın 3 dildə çap olunmasının məqsədi isə bölgə əhalisinin düşdüyü bu ağır vəziyyəti dünya ictimaiyyətinin diqqətinə daha dəqiq bir şəkildə çatdırmaqdır. Kitabda həmçinin Ermənistanın işğal altında olan Sərsəng su anbarının təsir dairəsinə düşən rayonlarda beynəlxalq və milli qanunvericilik aktlarında təsbit edilmiş insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabat da öz əksini tapıb.

Sonda media nümayəndələrinin suallarını cavablandıran ekspertlər bir daha vurğuladılar ki, ekoloji böhranın qarşısını almaq üçün hər kəs öz öhdəsinə düşən işin öhdəsindən layiqincə gəlməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə