"Son zamanlar cəmiyyətdə baş verən xoşagəlməz hallar artır. Təəssüflə söyləyə bilərəm ki, xalqımıza xas olmayan ailə cinayətlərinin sayında müəyyən qədər çoxalma müşahidə olunur". Bunu SİA-ya açıqlamasına psixoloq Dəyanət Rzayev söyləyib: "Bir neçə gün bundan öncə Suraxanı rayonunda faciəvi cinayət törədilmişdi. Bildiyiniz kimi, nənə öz 6 aylıq nəvəsini və 20 yaşlı gəlinini amansızlıqla qətlə yetirmişdi. Ancaq sonradan məlum oldu ki, qaynana ruhi xəstə olub və hətta ailəsi onu evdən çölə də buraxmırdılar. Düşünürəm ki, bu cür qətli ruhi xəstələr törədə bilər. Həmin qadının simasına baxanda onun normal düşüncəyə malik olmadığı aydın görünürdü. Sadəcə mənə maraqlıdır ki, bu qadın psixi pozğunluğuna görə müalicə olunurdu, yoxsa evə qapadılırdı? Bildiyiniz kimi, ölkəmizdə belə bir qavrama şəkli var ki, əgər xəstəni psixoloq yanına aparırlarsa deməli həmin adam dəlidir. Hesab edirəm ki, bu cür xəstələri həkimin nəzarətində saxlamaq daha düzgün olardı. Son zamanlar bacının-öz bacısını qətlə yetirməsi və ya qaynananın nəvəsini və gəlinini öldürməsi hallarının azalması üçün profilaktik tədbirlər görülməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB