Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi "QHT - lərin İdarəetmə Akademiyası"nın (QİDA) Qış Sessiyası başa çatıb. SİA-nın məlumatına görə, QİDA Qış sessiyası 13-14 dekabr 2014-cü il tarixlərində Bakı şəhərində, Sabunçu "Gənclər Evi"ndə təşkil olunub. 2 gün davam edən təlimlər zamanı iştirakçılara "Şəxsi və Peşəkar inkişaf Akademiyası" tədris bloku üzrə təlimlər keçirilib. İştirakçıların bilik və bacarıqlarının gücləndirilməsi məqsədi ilə praktiki məşğələlər təşkil olunub. Tədris proqramında fəallıq göstərən gənclər təşkilatçılar tərəfindən şəhadətnamə ilə təltif olunub.
Məlumat üçün qeyd edək ki, 2012-ci ildən start götürən "QHT-lərin İdarəetmə Akademiyası" (QİDA) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 3G strategiyasının gənclər təşkilatları institutunun gücləndirilməsi istiqaməti çərçivəsində həyata keçirilir. QİDA çərçivəsində 2 il ərzində 120 gənclər təşkilatının 300-dən çox nümayəndəsi 20 sessiyada iştirak etmiş və Akademiyanın məzunu olub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB