"İnsan haqqları məsələlərində sanki ABŞ dünya ölkələri arasında "baş ofis" rolunu oynuyur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc bildirib.
Onun sözlərinə görə Amerika Birləşmiş Ştatları uzun illər boyu müxtəlif ölkələrdə insan haqlarının qorunmasına dair hesabatlar yayır: "Təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində mövcud olan vəziyyət təhrif olunur və daim departament sözçülərinin dilindən həmin ölkələrdəki durumla əlaqəli açıqlamalar verilir. Ümumiyyətlə, bu açıqlamaların nə dərəcədə gerçək xarakter daşıdığını bir kənara qoymaq lazımdır. Çünki bu cür açıqlamalarla çıxış edənlərin məqsədləri ilk növbədə aydınlaşdırılmalıdır. Hamıya bəllidir ki, bu durum Sovetlər birliyiyin kommunist ideologiyası ilə eyniyyət təşkil edir. Faktiki olaraq insan haqları adı altında müxtəlif ölkələrin daxili işlərinə qarışmaq məqsədi daşıyır. Əksər hallarda isə bu kimi vəziyyətlər geoiqtisadi və geopolitik maraqlar ucbatından baş verir. Əgər həqiqətən də bir dövlət başqa ərazilərdə insan haqlarını etolon kimi ilk pilləyə qoyursa burada ilk öncə konflikt qurbanlarına, humanitar fəlakət yaşayanlara, bir başqa dövlətin aqressiyasına görə həyatını itirən insanların yaxınlarına xidmət göstərilməlidir. Yalnız bundan sonra fərdi hüquq pozuntularından danışmaq mümkün olar. Azərbaycanın rəsmi orqanları elə bir iddiada deyil ki, bu ölkədə kiminsə haqqı pozulmur. Belə bir ölkə ümumiyyətlə, dünyada mövcud deyil. Amma əsas tendensiyanı, yəni hüquqların toxunulmazlığı nəzəriyyəsini nəzərə alıb ölkədə infrastruktur yeniləşməsi, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər, onların digər sosial təminatlarının həlli, ümumiyyətlə, başqa xarakterli iqtisadi problemlərin həlli birbaşa vətəndaşların rifah halının yüksəldilməsi naminədir. Bu yöndə görülən işlərə dəyər verildikdən sonra hər hansısa bir hüquq mühafizə orqanı tərəfindən hüquqları pozulan vətəndaşlardan danışmaq olar.
Hazırki dövrdə ABŞ-ın daxili vəziyyəti ilə bağlı geniş danışmağa ehtiyac duymuram. Çünki orada baş verənləri bütün dünya hər gün izləməkdədir. Ümumiyytlə, irqi məsələlər, sosial bərabərsizlik kimi məsələlərdə ortaya çıxan problemlər bir daha bunu deməyə əsas verir ki, ABŞ –nın özü belə insan hüquqlarının tam şəkildə qorunduğu etalon bir ölkəyə çevrilə bilməyib".
Eltun Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB