"Sığortanın Əasları" mövzusunda həyata keçirilən silsilə təlimlər başa çatıb. SİA-nın məlumatına görə, 13 dekabr 2014 - cü il tarixində Bakı şəhərində 8 ali təhsil müəssisəsinin natiqləri üçün "Sığortanın Əasları" mövzusunda daha bir təlim keçirilib. Təlim DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) tərəfindən Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə "Sığortalı Gənclik" layihəsi çərçivəsində təşkil olunan "Bakı Gənclər Debat Forumu – Payız 2014"ün 130 - a yaxın iştirakçısını əhatə edib.
Təlimdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Dillər Universiteti təmsil olunub.
Təlimin məqsədi "Bakı Gənclər Debat Forumu – Payız 2014"də iştirak edəcək natiqlərin sığorta sahəsi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır.
Təlim zamanı təcrübəli ekspertlər tərəfindən təlimdə iştirak edən gənc spikerə sığortanın əsasları haqqında ümumi biliklər verilib, mövzu ilə əlaqədar video çarx nümayiş olunub, gənclərin sığorta ilə bağlı sualları cavablandırılıb və sığorta sahəsi üzrə nəzəri biliklərini artırılmasını təmin edən Sığorta Bələdçisi adlı jurnal gənclərə təqdim olunub.
Xatırladaq ki, "Sığortalı Gənclik" layihəsi Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, DVC ("Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi"), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən təlimlər ümumilikdə Bakı şəhərinin 15 ali təhsil müəssisəsindən 1000 nəfər gənci əhatə edir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB