Sənədi olmayan tüfənglərin aqibəti

Sənədi olmayan tüfənglərin aqibəti

Xaçmazda və Bakıda vətəndaşlardan sənədləri olmayan iki tüfəng götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayonuun Niyazabad kəndində qanunsuz ov edən Köhnə Xudat kənd sakini Osman Qocayevdən müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.

Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Seymur Əliyevdən müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə