Sürücülərə şad xəbər! "Dərnəgül" açılır

Sürücülərə şad xəbər!

Paytaxtın Ziya Bünyadov prospektinin əsas yolunda üfüqi nişanlanma, yol nişanları və lövhələrin quraşdırılması başa çatdırılıb. SİA-nın xəbərinə görə, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.

O bildirib ki, hazırda köməkçi hissələrdə yol nişanlarının quruşdırılması və üfüqi nişanlanma işləri aparılır: "Bundan əlavə, prospektin Böyük Şor yol qovşağına birləşən sahəsində və dönmə əməliyyatı üçün nəzərdə tutulan hissəsində asfalt-beton örtüyünün sonuncu qatının vurulması davam etdirlir. Hava şəraiti imkan verərsə, işlərin gün ərzində başa çatdırılması gözlənilir. Bu gün həmin sahədə işlər yekunlaşarsa, səhər saatlarında sözügedən bağlı hissənin açılması planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə