Superbakteriyalar antibiotik və antiseptiklərin çoxuna davamlılığı ilə seçilən xüsusi növdür. Belə bakterial toxumlaşma zamanı sadə müalicə və yoluxan yerin təmizlənməsi səmərəli olmur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bakteriyaların davamlığı ilə yeni nəsil antibiotiklər arasında rəqabət sonunda təbabəti küncə sıxışdırmalıdır. Alimlərin fikrincə, dünya artıq 2050-ci il üçün bu fəlakətin nəticələri ilə üzləşəcək.
"Rand Europe" təşkilatının və "KPMG" auditor firması alimlərinin fikrincə, o vaxta qədər bakteriyalar hər il 10 milyondan çox insanı tələf edəcək.
Bakteriyalar əleyhinə yeni preparatların işlənib hazırlanmasına 100 trilyon dollardan çox vəsait lazımdır.
Qeyd edək ki, 2012-ci ilin statistikasına görə, 2012-ci ildə bakterial infeksiyalardan 8,2 milyon adam həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB