BAF Baş Assambleyası iştirakçılarının şərəfinə qala-ziyafət FOTOLAR

BAF Baş Assambleyası iştirakçılarının şərəfinə qala-ziyafət FOTOLAR

Beynəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyası iştirakçılarının şərəfinə Bakıda Azərbaycan Atçılıq Federasiyası (ARAF) tərəfindən "Azərbaycana xoş gəlmisiniz!" adlı qala-ziyafət təşkil olunub.

ARAF-dan azərtac-a bildiriblər ki, təntənəli gecədə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) prezidenti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Bakının belə mühüm tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. Elçin Quliyev bildirib ki, bu gün Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bakı istənilən beynəlxalq yarışı ən yüksək səviyyədə keçirməyə qadir olduğunu sübut edib. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində ölkəmizdə bütün sahələr, o cümlədən idman sürətlə inkişaf edir. Azərbaycanlı idmançılar dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında və müxtəlif beynəlxalq yarışlarda böyük uğurlara nail olurlar. Azərbaycan Atçılıq Federasiyası da inkişaf edir. Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının Bakıda keçirilməsi, federasiya rəhbərlərinin və fəxri qonaqların bu tədbirdə iştirakı əlaqələrimizin inkişafını sübut edir. Elçin Quliyev Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Şahzadə Haya Bint Al Hüseynə Azərbaycanda atçılığın inkişafına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Şahzadə Haya Bint Al Hüseyn çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, həmçinin Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının uğurlu təşkilinə görə Azərbaycan Atçılıq Federasiyasına minnətdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə