Hava proqnozu
Sabah yağış yağacaq

Dekabrın 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcək. SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, şimal küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında dekabrın 14-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə olacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə