Metronun "28 may" stansiyasında gənc oğlanı qatar vurub. SİA-nın xəbərinə görə, hadisə dünən axşam saatlarında baş verib. Belə ki, 1997-ci il təvəlldülü Hüseynov İbrahim Zöhrab oğlu "28 may" stansiyasında olarkən baş nahiyəsi Dərnəgül-Həzi Aslanov isiqamətində hərəkət edən qatarın arxa vaqonun güzgüsünə dəyib.
Aldğı xəsarət ağır olduğundan o huşunu itirib. Dərhal hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Xəsarət alan ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev hadisənin sərnişin ehtiyatsızlığından baş verdiyini bildirib. Belə ki, Hüseynov İbrahim əlindəki mobil telefonla məşğul olarkən fikiri yayınıb və təhlükəsizlik xətdən irəli çıxıb. Nəticədə də 41 saylı qatarın güzgüsü onun baş nahiyəsini yaralayıb.
Şöbə rəisi belə hadisələrin təkrarlanmaması üçün sərnişinləri stansiyalarda ehtiyatlı olmağa çağırıb: "Belə hadisələr dəfələrlə baş verib. Ehtiyatsızlıq ucbatından qatar relsinin üzərinə düşən sərnişinlər də olur. Son anda Metropoliten işçiləri onların həyatlarını xilas etməli olurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB