Bu gün Atatürk prospektinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən Məmməd Araz küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Ayna Sultanova parkı istiqamətində) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. SİA-nın xəbərinə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Sürücülərə alternativ olaraq Koroğlu Rəhimov küçəsindən istifadə etmələri tövsiyə olunur.
Təmir işlərinin iki gün ərzində yekunlaşdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB