Bu gün Cenevrə Beynəlxalq Universitetində (CBU) Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. CBU-da təhsil alan tələbələrin SİA-ya verdiyi məlumata görə, tədbirdə azərbaycanlı tələbələrlə yanaşı xarici ölkələrdən burada təhsil alan əcənəbilər də iştirak edib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin həyatından və siyasi fəaliyyətindən bəhs edən filmə baxıblar. Sonra isə azərbaycanlı tələbələr xarici dostlarına xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi, müdrik dövlət başçısı Heydər Əliyev barəsində ətraflı məlumat veriblər. Əcnəbi tələbələr Ulu Öndər haqda çəkilmiş filmə maraqla tamaşa ediblər.
Azərbaycanlı tələbələr çıxış edərək bugünki müasir, müstəqil, qüdrətli Azərbaycan dövlətinin təməlini qoymuş Ulu Öndər Heydər Əliyevin keçən əsrin altmışıncı illərindən başlayaraq hakimiyyətdə olduğu dövrdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı üçün yürütdüyü uzaqgörən siyasətdən və nail olduğu uğurlardan danışıblar. Tələbələrdən Rüstəm Hüseynli, Asim Müslümlü, Kamal Hüseynli çıxış edərək bildiriblər ki, xalqımızın sevimli rəhbəri İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini müasir şəraitə uyğun həyata keçirməyi ilə dövlətimizin regionda ən qüdrətli ölkəyə çevrilməsinə nail olub. Azərbaycan dövlətinin bugünki hərtərəfli inkişafının təməlində ulu öndər Heydər Əliyevin ideologiyaları, ölkə başçısı İlham Əliyevin tükənməz fəaliyyəti durur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB