Mingəçevir elmi-nəzəri konfrans keçirilib

Mingəçevir elmi-nəzəri konfrans keçirilib

Bu gün Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı ilə birlikdə Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar elmi-nəzəri konfrans keçirib.

Konfrans iştrakçıları öncə şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, öz dərin ehtiramlarını bildirdikdən sonra Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcığından bəhs edən filmə baxıblar.

Bundan sonra konfrans dəyirmi masa ətrafında öz işinə başlayıb.

Konfransın gündəliyinə əsasən konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, bu günki müasir, müstəqil, qüdrətli Azərbaycan dövlətinin təməlini qoymuş Ulu Öndər Heydər Əliyevin keçən əsrin altmışıncı illərindən başlayaraq hakimiyyətdə olduğu dövrdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı üçün yürütdüyü uzaqgörən siyasətdən və nail olduğu uğurlardan danışıb. Natiq eyni zamanda bildirdi ki, xalqımızın sevimli rəhbəri Cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini müasir şəraitə uyğun həyata keçirməyi ilə dövlətimizin regionda ən qüdrətli ölkəyə çevrilməsinə nail olub. Azərbaycan dövlətinin bu günki hər tərəfli inkişafının təməlində ulu öndər Heydər Əliyevin ideologiyaları, ölkə başçısı İlham Əliyevin tükənməz fəaliyyəti durur.

Sonra Niyazi Bayramov konfransın gündəliyinə əsasən sözü məruzəçilərə verilib.

YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, AzİES-nin direktoru, YAP Mingəçevir şəhər təşkilatının İdarə Heyətinin üzvü Bəhmən Nəcməddinov, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Baş həkimi Yusif Quliyev çıxış edərək, Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, vətənə və xalqa sədaqətlə xidmətindən danışıblar.

Sonda şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov konfrans iştirakçılarına minnətdarlığını bildirib.

Bununla da konfrans öz işini başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə