Türk Dünyası Gənclərinin XVI Qurultayında Ulu Öndərin xatirəsinə həsr edilmiş tədbir keçirilib FOTOLAR
Bu gün Dünya Türk Gəncləri Birliyinin XVI qurultayının 2-ci günündə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib. SİA-nin xəbərinə görə, ilk öncə qurultay iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Qurultay iştirakçılarına Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən slayd şou nümayiş etdirilib.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə çıxış edərək Ulu Öndər Heydər Əliyevin tək Azərbaycan xalqı deyil bütün türk dünyası üçün böyük şəxsiyyət, Ulu Öndər olduğunu qeyd edib. Ümummilli Lider Heydər Əliyev hər zaman türk xalqlarının birliyini, əməkdaşlığını dəstəkləyir, türk dünyasının vacibliyini dərk edərək çıxışlarında hər zaman bunu vurğulayırdı. Şahin Seyidzadə onu da bildirdi ki, 1994-cü ildə Türkiyənin Böyük Millət Məclisində səsləndirdiyi "Bizi heç kim ayıra bilməz" ifadəsi Heydər Əliyevin türk xalqlarına , türk dünyasına verdiyi böyük önəmi bir daha təsdiq edir. Ümummilli Liderin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi bu strategiya uğurla davam etdirilir.
Şahin Seyidzadə əminliklə vurğuladı ki, Milli Şura Ulu Öndər Heydər Əliyevin türk dünyası ölkələrinin əməkdaşlığı sahəsində irsinə sadiq qalaraq Prezident İlham Əliyevin türk dünyasının inkişafı istiqamətində fəaliyyətini dəstəkləyir və bu istiqamətdə türk dünyası ölkələrinin gənclər təşkilatları ilə əməkdaşlığa hazırdır.
Daha sonra Tatarıstandan gəlmiş jurnalist Qabdulbarı Davletqarayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin keçdiyi əzəmətli həyat yolundan söz açaraq onun adının dövrümüzün ən dahi siyasi şəxsiyyətləri ilə bir sırada səsləndiyini söyləyib. Onun Azərbaycan xaqlı üçün etdiyi əvəzolunmaz xidmətləri qeyd edən tatar jurnalist Ulu Öndərin türk dünyası üçün də dahi bir şəxsiyyət olduğunu vurğulayıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB