Bu gün Azərbaycan xalqının ümummilli lideri dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin vəfatından 11 il keçir. Bu münasibətlə Yevlax içtimaiyyəti şəhərin mərkəzi meydanında uculdalmış Heydər Əliyevin abidəsi önünə toplaşaraq ümummilli lidərə olan məhəbbətini ifadə edərək ehtiramla yad etdilər. Aradan 11 illik bir zaman keçməsinə baxmayaraq bütün Azərbaycan Xalqı kimi Yevlaxlılarda bu ağır itkini dərin hüzünlə yad edir. Çünki ötən hər il Heydər Əliyev məhəbbətini insanların qəlbində daha çox zirvələrə qaldırır.
Anım mərasimindən sonra Yevlağın bir qrup ziyalılarının iştiraki ilə Heydər Əliyev mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirildi. Sonra Elmi praktik konfransla tədbir davam etdirildi.
Tədbiri giriş sözü ilə açan Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi misilsiz xidmətlərindən geniş söz açaraq Ulu öndərin Yevlaxla bağlı xatirələrini xüsusi diqqət mərkəzinə gətirdi.
Sonra çıxış edənlər Prezident təqaüdçüsü Şamama Əliyeva, Knyaz Əliyev və başqaları Heydər Əliyev siyasətinin bu gün Azərbaycanda uğurlu davamından söz açdılar. Hər bir Azərbaycan vətəndaşı kimi biz Yevlaxlılar da çox yaxşı dərk edirik ki, ölkəmizi işıqlı gələcəyə aparan yol Heydər Əliyev yoludur. Bu yolda hər birimiz Heydər Əliyev ideyalarının davamçısı Cənab Prezidentimizin ətrafında sıx birləşməliyik.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB