Bu gün AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ümumilli Lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev və milli – mənəvi sərvətimiz" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Rafael Hüseynov dahi şəxsiyyətin zəngin siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb.
R.Hüseynov qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük dövlət xadimi həmişə elmə, təhsilə böyük qayğı və diqqətlə yanaşşb. Təsadüfi deyildir ki, onun Azərbaycana rəhbərlik etdiyi illər elm və təhsil sahəsində intibahın yeni dövrü kimi səciyyələndirilir. Azərbaycanda təhsil sisteminin, o cümlədən ali təhsil müəssisələrinin formalaşmasında, dövrün tələblərinə uyğun yenidən qurulmasında, sürətlə inkişafında, milli kadrların hərtərəfli hazırlanmasında bu böyük şəxsiyyətin əvəzsiz xidmətləri vardır. AMEA-nın tarixində də Ulu Öndərin xüsusi yeri olduğunu, onun akademiyanın hərtərəfli inkişafına kömək göstərdiyini söyləyən muzeyin direktoru bildirib ki, Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra akademiyaya yeni həyat verilmiş, ona dövlət statusu verilib: "Akademiya "Milli Elmlər Akademiyası" statusunu Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə qazanmışdır".
Çıxışının sonunda akademik bildirdi ki, ulu öndərin ölməz ideyaları, müdrik siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra isə, Ümumilli lider Heydər Əliyevin həyatı haqqında bəstəkar Faiq Sücəddinovun muzeyin direktoru Rafael Hüseynovun sözlərinə bəstələdiyi musiqinin video –çarxı nümayiş etdirilib.
Filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli "Heydər Əliyev və ana dilimiz" mövzusunda məruzəsi dinlənildi. Tədbirdə çıxış edən filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Xalq artisti Tofiq İsmayılov və başqaları dahi liderin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, idarəçilik məharəti və zəngin mənəvi keyfiyyətlərindən geniş bəhs etdilər. Xalq Şairi Tahir Söhrab isə Azərbaycanın region ölkələri ilə əməkdaşlığından danışaraq, mədəniyyət və elmi sahədə də əlaqələrin olduğunu ifadə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB