BANM-da Ulu Öndər Heydər Əliyevin xatirəsi yad olunub

BANM-da Ulu Öndər Heydər Əliyevin xatirəsi yad olunub

Bu gün Bakı Ali Neft Məktəbində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü qeyd olunub. BANM-dan SİA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq Bakı Ali Neft Məktəbinin bütün auditoriyalarında, müasir Azərbaycanın banisi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tələbələrə Ümummilli lider, Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilib. Onun müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu, müdrik şəxsiyyət kimi Azərbaycanın tarixinə və xalqın yaddaşına əbədi həkk olunduğu bildirilib.

Həmçinin BANM-ın tələbələrinə Ulu Öndərin əziz xatirəsinə həsr olunan, onun keçdiyi şərəfli ömür yolunu özündə əks etdirən videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə