Sinoptiklər xəbər verir! hava pisləşəcək

Sinoptiklər xəbər verir! hava pisləşəcək

Dekabrın 13-də Bakıda və Abşeron yarımadasında Hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 5-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Dekabrın 13-dən 14-nə keçən gecə qərb rayonlarından başlayaraq Hava yağıntılı olacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti , gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 14-dən 16-dək ölkə ərazisində Hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Dekabrın 13-dən 14-nə keçən gecə şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə enəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə