"Dünyanın heç bir dövlətində cəzaçəkmə sisteminə Azərbaycandakı kimi yüksək səviyyədə diqqət yoxdur. Bu da son zamanlar Azərbaycanda aparılan quruculuq siyasəti ilə bağlıdır. Digər dövlətlər buna görə Azərbaycan qibtə edirlər". SİA-nın məlumatına görə, bunu juranlistlərə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində yeni cəzaçəkmə müəssisələrinin tikintisi üçün maddi vəsait ayrılıb: "Artıq 10 cəzaçəkmə müəssisəsindən 3-ü artıq inşa edilərək istifadəyə verilib, digər 7-si isə tikilmək üzrədir. Biz çalışacağıq ki, Bakı şəhərinin mərkəzində yerləşən bütün cəzaçəkmə müəssisələrini şəhərdən kənara çıxaraq".
M.Quliyev bildirib ki, prosesin nə vaxta başa çatacağı maliyyələşmədən asılıdır: "Lənkəranda inşa edilən cəzaçəkmə müəssisəsi qısa zamanda, təxminən 1 ilə istifadəyə veriləcək. Sonra Qadın və Tərbiyə müəssisələri köçürüləcək. Bu məqsədlə paytaxtın Sabunçu rayonunda tikinti işləri aparılır. Hesab edirəm ki, 5 il ərzində onların hamısı mərhələlərlə şəhərdən kənara köçürüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB