Ümummilli Lider Heydər Əliyevin anım günündə Bakı Metropolitenində hələ də musiqinin müşaiyəti ilə elanların verilməsi ilə bağlı məlumat vermişdik. Məsələ ilə bağlı metropolitendən münasibət də öyrənməyə çalışmışdıq. Müəssisənin mətbuat xidmətindən isə bildirilmişdi ki, bu barədə araşdırma aparıb məlumat veriləcək. Nəhayət, SİA-nın haqlı etirazından sonra stansiyalararası səsləndirilən musiqi dayandırılıb.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev redaksiyamıza məlumat verib ki, musiqinin səsləndirilməsi ilə bağlı məsuliyyətsiz davranan şəxs haqqında müvafiq tədbirlər görüləcək: "Bununla bağlı bütün işçilərə tapşırıqlar verilib. Qatar stansiyalara çatanda elanları sürücü özü bildirir. Sizin bildirdiyiniz kimi, musiqinin səsləndirilməsi halı məsul şəxslərdən birinin məsuliyyətsizliyi nəticəsində baş verib. Həmin şəxslə bağlı tədbirlər görüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB