Şirvanda Ulu Öndərin xatirəsi yad edildi FOTOLAR

Şirvanda Ulu Öndərin xatirəsi yad edildi FOTOLAR

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyyətə qovuşmasının 11-ci il dönümünü Şirvan şəhərinin sakinləridə ehtiramla yad ediblər. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, səhər saatlarında şəhər sakinləri mərkəzi meydana toplaşıblar.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov ziyarət edərək önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib. Hüquq mühafizə orqanlarının rəhbərləri, əməkdaşları, idarə müəsissələrdə çalışan kollektivlər, ziyalılar, Qarabağ əlilləri, veteranlar, ahıl insanlar Ulu Öndər Heydər Əliyevin anım mərasimində iştirak edərək abidəsini önünə gül dəstələri düzüblər və dahi rəhbərə ruhuna dualar oxuyublar.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə