Metropolitendən məsuliyyətsizlik, yoxsa...

Metropolitendən məsuliyyətsizlik, yoxsa...

20 Ynavar və Xocalı faciəsi günü, o cümlədən Ümummilli Lider Heydər Əliyevin anım günü və digər hüzn günlərində Bakı Metropolitenində musiqinin müşaiyəti ilə elanların verilməsinə məhdudiyyətlərin qoyulması artıq ənənə şəklini alıb. Ancaq bu gün - Ulu Öndərin vəfatının növbəti ildönümündə hansı səbəblərdənsə bu ənənə pozulub. Səhər saatlarından başlayaraq sərnişinlər adi günlərdə olduğu kimi bu gün də stansiyaların elanından əvvəl müxtəlif əsərlərdən kiçik bir parçanı eşitməli olub.

Metropolitendən istifadə edən paytaxt sakinləri tərəfindən redaksiyamıza daxil olan çoxsaylı şikayətlərə əsaslanaraq məsələ ilə bağlı Metropolitenin mətbuat xidmətindən münasibət öyrənməyə çalışdıq. Xidmət rəhbəri Nəsimi Paşayev isə bundan xəbərsiz olduğunu bildirdi və məsələni araşdıracağını dedi.

Gözləyirik, məlumat əldə edən kimi səbəbi təqdim edəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə