Bu yolda hərəkət tamam dayandırılıb XƏBƏRDARLIQ

Bu yolda hərəkət tamam dayandırılıb XƏBƏRDARLIQ

Bu gün saat 08:30-dan Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçə ilə kəsişməsindən Müzəffər Nərimanov küçəsi ilə kəsişməsinədək olan hissəsində gediş, eləcə də yolun eni boyu köməkçi yollarında hərəkət tam dayandırılıb. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyev deyib ki, sürücülərdən alternativ yol kimi Əhməd Rəcəbli küçəsindən istifadə edərək yenidən Heydər Əliyev prospektinə oradan isə Böyük Şor yol qovşağına çıxa bilərlər.

Yol axşam saat 20:30-dək bağlı olacaq.

Sürücülərdən həmin istiqamətdə nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə