Paytaxtda yol-nəqliyyat hadisələrinin sayı azalıb

Paytaxtda yol-nəqliyyat hadisələrinin sayı azalıb

Paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin sayı azalıb. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov azərtac-a eksklüziv müsahibəsində deyib.

V.Əsədov bildirib ki, ilin əvvəlindən bu günədək paytaxtda 850 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 290 nəfər həlak olub, 861 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 84, ölənlərin sayı 25, xəsarət alanların sayı isə 76 fakt azalıb.

Hadisələrin 47 faizi sürət həddinin aşılması, 51 faizi təyin olunmayan yerlədən keçən piyadaların avtomobillə vurulması, qalanları isə qoşa xəttin tələbini pozub əks istiqamətli yol zolağına daxil olma, ötmə və ya manevretmə qaydalarının və yol ayrıclarını keçmə qaydalarının pozulması ilə bağlı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə