Dünya Türk Gənclərinin XVI qurultayı İstanbulda öz işinə başladı FOTOLAR

Dünya Türk Gənclərinin XVI qurultayı İstanbulda öz işinə başladı FOTOLAR

Bu gün Istanbulda Dünya Türk Gəncləri Birliyinin XVI Qurultayi öz işinə başlayıb. Qurultayi çıxış sözüylə açan Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev qurultay iştirakçılarını salamlayaraq Dünya Türk gəncləri birliyinin yaradıldığı 1992-ci ildən bu günədək olan inkişaf yolu, əldə etdiyi uğurlardan bəhs edib. DTGB-nin qarşısına qoyduğu məqsədlərdən söz açan Əkrəm Abdullayev bildirdiki, qurum gələcəkdə də dünya türk gənclərini bir araya gətirmək və onların daha sıx və möhkəm fəaliyyətini davam edəcəkdir. DTGB sədri çıxışını çuvaş türk xalqının deyimiylə "Biz ( türklər) var olmuşuq, varıq ve var olacağıq" başa vurmuşdur.

Daha sonra, Azərbaycan Gənclər ve İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev çıxış edərək Gənclər ve İdman naziri Azad Rəhimovun qurultay iştirakçilarına məktubunu oxudu. Azərbaycan dövlətinin ve xüsusilə də Prezident Ilham Əliyevin türkçülüyə, türk gənclərinə göstərdiyi diqqət və qayğıdan söz açdı.

Azərbaycan Respublikasi Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə qurultayda çıxış edərək dünya türk gəncləri birliyinin artıq formalaşmış bir qurum olaraq dünyanin müxtəlif ölkələrində yaşayan türkləri öz ərtrafında birləşdirən bir təşkilata çevrildiyini qeyd etdi.1997-ci ildən DTGB –yə üzv olduğunu qeyd edən Şahin Seyidzadə Gənclər Təskilatlari Milli şurasıyla DTGB –nin gələcəkdə də uğurlu əməkdaşlıq edəcəyinə inamını vurğuladı. Daha sonra Şahin Seyidzadə türk dünyası gənclərinin inkişafındakı roluna ve xidmətlərinə görə mükafatı DTGB-nin rəhbəri Əkrəm Abdullayevə təqdim etdi.

Qurultayda həmçinin Türk şurasının direktoru Ramil Həsənov, Makedoniya parlamentinin deputatı Enes Ibrahim, Moldova Parlamentinin deputati Oleg Qarizan ve digərləri çıxış edərək qurultayın türk dünyasi üçün ve xüsusilə də türk gəncləri üçün əhəmiyyətindən söz açdılar.

Daha sonra türk xalqlarının nümayəndələri öz mükafatlarını Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayevə təqdim etdilər.

Qeyd edəkki, Dünya Türk Gənclərinin XVI qurultayı dekabrın 14-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə