Dekabrın 12-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 64-cü iclası keçiriləcəkdir. MDB İcraiyyə Komitəsindən verilən xəbərə görə, iclasın gündəliyinə 17 məsələ daxil edilib. İclas iştirakçıları MDB iştirakçıları olan dövlətlərin ərazilərində beynəlxalq daşımalar zamanı Nəqliyyat Təhlükəsizliyinin Təmin Edilməsi Strategiyasının, MDB iştirakçıları olan dövlətlərin 2020-ci ilə qədər olan dövrdə Regionlararası və Sərhədyanı Əməkdaşlıq Konsepsiyasının və bu Konsepsiyanın həyata keçirilməsinə dair Tədbirlər Planının, İntellektual mülkiyyət sahəsində kadrların hazırlanması, peşə yenidənhazırlanması və ixtisasartırma üzrə Dövlətlərarası Sistemin Formalaşması və İnkişafı Konsepsiyasının layihələrini müzakirə edəcəklər.
İclas iştirakçıları, həmçinin əmtəə və xidmətlərin milli bazarlara çıxarılması üçün dövlətlərarası informasiya-marketinq mərkəzlərinin yaradılması, istifadəsi və inkişafında MDB iştirakçıları olan dövlətlərin Əməkdaşlığı haqqında Sazişin, MDB iştirakçıları olan dövlətlərin innovasiya fəaliyyətinin paylanmış informasiya sistemi və MDB-nin "MDB iştirakçıları olan dövlətlərin innovasiya fəaliyyəti üçün informasiya" portalı formasında informasiya infrastrukturunun yaradılması haqqında Sazişin həyata keçirilməsinin gedişini müzakirə etməlidirlər, Bundan əlavə MDB Hökumət Başçıları Şurasının MDB iştirakçıları olan dövlətlərin dəmir yol nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası və MDB iştirakçıları olan dövlətlərin 2014-cü fraxt ili üçün dəmir yol tarif siyasəti haqqında qərarının, Yerin təkinin kəşfiyyatı, istifadəsi və qorunması üzrə Hökumətlərarası Şura çərçivəsində MDB iştirakçıları olan dövlətlərin 2011-2015-ci illər üçün birgə işlərinin perspektiv planının yerinə yetirilməsinin gedişi və başqa məsələlər müzakirə edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB