DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkşaf Konsepsiyası ilə gəncləri yaxından tanış etmək və Konsepsiyaya daxil olan müxtəlif maddələrin ictimai müzakirəsini həyata keçirmək məqsədi ilə "Respublika Gənclər Debat Forumu Payız – 2014" çərçivəsində silsilə təlim və debatlar davam edir. SİA-nın məlumatına görə, layihə çərçivəsində keçirilən son tədbir Gəncə Regional Debat Mərkəzi tərəfindən "Qərb Regional Gənclər Debat Forumu – Payız 2014" olub. Forumda regionun ali təhsil müəssisələri təmsil olunub.
Forum çərçivəsində gənclər "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının "insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması" bəndinin vacib istiqamətlərindən olan əhalinin, o cümlədən gənclərin məşğulluğunun təmin olunması debata qoyulub və gənclər tərəfindən təkliflər verilib.
Sonda "Qərb Regional Gənclər Debat Forumu - Payız 2014"ün qalibi Gəncə Dövlət Universitetini təmsil edən komanda olub.
Xatırladaq ki, DVC-nin Gəncə-Qazax iqtisadi rayonu üzrə nümayəndəliyi olan Gəncə Regional Debat Mərkəzi artıq 3 ildir ki, Gəncə şəhərində fəaliyyət göstərir. Qeyd edək ki, hal-hazırda respublika ərazisində DVC-nin 11 Debat Mərkəzi fəaliyyət göstərir.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB