Lənkəranda Mərkəzi kitabxanada Ulu öndər anıldı

Lənkəranda Mərkəzi kitabxanada Ulu öndər anıldı

Dekabrın 11-də Lənkəran şəhər Mərkəzi kitabxanasında Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı "Heydər Əliyev Ürəklərdə Yaşayacaqdır" mövzüsunda dəyirmi masa təşkil olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə MKS-in əməkdaşı Şahanə Şirvanzadə çıxış edərək Heydər Əliyev irsinin müasir gənclərin formalaşmasında rolu haqqında danışıb.

Sonda Ulu öndərə həsr olunmuş kitab sərgisi ilə tanışlıq olub.

C.Cabbarlı və H.Rzayeva adına uşaq musiqi məktəblərində Ulu Öndərə həsr olunmuş açıq dərslər təşkil olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə